Odlar Yurdu Universitetinin müəllimi Vəlibəyli Ayşən Röyşən qızına Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Belə ki, 04.02.2026-cı il tarixində qəbul edilmiş qərara əsasən, Ayşən Vəlibəyli iqtisadiyyat elmləri sahəsində elmi nailiyyətlərinə görə fəlsəfə doktoru adına layiq görülmüşdür. Qeyd edək ki, elmi dərəcənin təqdimatı 02.03.2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının inzibati binasında keçirilmişdir.
Ayşən Vəlibəyli elmi fəaliyyətində iqtisadi fəaliyyət növləri üzrə araşdırmaları ilə seçilir və bu sahədə mühüm nəticələr əldə etmişdir. Onun əldə etdiyi bu uğur həm fərdi akademik inkişafın, həm də Odlar Yurdu Universitetində elmi mühitin inkişafının bariz nümunəsidir.
Odlar Yurdu Universiteti olaraq əməkdaşımızı ürəkdən təbrik edir, gələcək elmi fəaliyyətində yeni uğurlar arzulayırıq.