Odlar Yurdu Universitetində “Xəzər dənizində ekoloji problemlər” mövzusunda elmi seminar təşkil olunub. Seminar universitetin Biologiya və Ekologiya kafedrasının müəllimi Məcidova Ləman tərəfindən keçirilib.
Seminarın əsas məqsədi Xəzər dənizində mövcud olan ekoloji problemlər, xüsusilə dənizin çirklənməsi, ekosisteminə təsir edən amillər və bu sahədə aparılan müasir elmi yanaşmalar barədə tələbələrə və universitetin professor-müəllim heyətinə geniş məlumatların çatdırılması olub.
Seminar zamanı Xəzər dənizinin ekoloji vəziyyəti, sənaye və məişət tullantılarının dəniz mühitinə təsiri, neft-qaz sənayesinin yaratdığı ekoloji risklər, həmçinin dənizdə bioloji müxtəlifliyin qorunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda Xəzər dənizinin ekosisteminin qorunması və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər haqqında iştirakçılar məlumatlandırılıb.
Seminarda universitetin professor-müəllim heyəti və tələbələr iştirak edərək mövzu ətrafında fikir mübadiləsi aparıblar. Tədbir çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinin həlli yolları və gələcəkdə bu sahədə aparıla biləcək elmi tədqiqatların əhəmiyyəti müzakirə olunub.
Qeyd olunub ki, Xəzər dənizinin ekoloji mühafizəsi region üçün mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi gənclərin ekoloji şüurunun formalaşmasına mühüm töhfə verir.