Odlar Yurdu Universitetinin Biologiya və Ekologiya kafedrasının müəllimi Vəliyeva Aytənin rəhbərliyi ilə 850 və 851-ci qrup tələbələri “Torpaqşünaslıq” fənni çərçivəsində praktiki təcrübə həyata keçirmişlər.
Təcrübə zamanı tələbələr torpağın fiziki xüsusiyyətlərinə əsaslanaraq müxtəlif torpaq növlərində suyun udulma və filtrasiya xüsusiyyətlərini müqayisəli şəkildə araşdırmışlar. Araşdırmada mürəkkəb strukturlu, üzvi maddələrlə zəngin münbit torpaq və az üzvi maddəli, quru torpaq nümunələri üzərində müşahidələr aparılmışdır.
Əldə olunan nəticələrə əsasən:
Keçirilən təcrübə tələbələrə torpağın su udma qabiliyyətini praktik şəkildə öyrənmək, müxtəlif torpaq növlərinin xüsusiyyətlərini müqayisəli təhlil etmək imkanı yaratmışdır.
Eyni zamanda, bu cür praktik məşğələlər tələbələrin analitik düşüncə, müşahidə və elmi təcrübə bacarıqlarının inkişafına, həmçinin torpaq və su resurslarının səmərəli idarə olunması sahəsində biliklərinin genişlənməsinə töhfə verir.