Odlar Yurdu Universitetində Dizayn ixtisası üzrə tələbələrin istehsalat təcrübəsinin yekun qiymətləndirilməsi mərhələsi uğurla həyata keçirilib.
Qiymətləndirmə prosesində tələbələr təcrübə müddətində əldə etdikləri nəzəri bilikləri və praktiki bacarıqları təqdim edərək öz peşə hazırlıqlarını nümayiş etdiriblər.
Tədbirdə “Dizayn” kafedrasının müdiri professor Soltan Atayev, Təbiət və Texnologiyalar fakültəsinin dekanı dosent Sevinc Məhərrəmova, Strateji inkişaf və karyera departamentinin rəhbəri Aslan Əzimzadə, eləcə də baş müəllim, təcrübə rəhbəri Alim Məmmədov iştirak ediblər. Tələbələr dizayn sahəsində qazandıqları bilikləri, yaradıcı yanaşmalarını və praktiki layihə bacarıqlarını təqdim edərək qiymətləndirmə komissiyası tərəfindən diqqətlə izlənilib. Onların çıxışları zamanı peşə kompetensiyalarının formalaşması və real iş mühitinə uyğun hazırlıq səviyyəsi xüsusilə vurğulanıb.
Qeyd edək ki, bu mərhələ tələbələrin ixtisas üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi, həmçinin gələcək peşə fəaliyyətinə hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27