Odlar Yurdu Universitetində “The Boy in the Striped Pajamas” filminin nümayişi keçirildi

09 May, 2026

125
Odlar Yurdu Universitetində “The Boy in the Striped Pajamas” filminin nümayişi keçirildi

Odlar Yurdu Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Xarici Dil” klubunun təşkilatçılığı ilə maarifləndirici film gecəsi təşkil olunub.

Universitetin konfrans zalında keçirilən tədbirdə dünya kinosunun tanınmış nümunələrindən olan “The Boy in the Striped Pajamas” filmi nümayiş etdirilib. Film nümayişindən sonra tələbələrin iştirakı ilə geniş müzakirə təşkil olunub. Müzakirələr zamanı filmdə əks olunan müharibənin faciəvi nəticələri, insanlıq, dostluq, tolerantlıq və mənəvi dəyərlər barədə fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları film haqqında təəssüratlarını bölüşərək mövzu ilə bağlı müxtəlif yanaşmaları müzakirə ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd tələbələrin xarici dil biliklərinin inkişafına dəstək göstərmək, onların dünya kino nümunələrinə marağını artırmaq və maarifləndirici mühit formalaşdırmaq olub.

Qeyd edək ki, tədbir Odlar Yurdu Universitetinin rəhbərliyinin dəstəyi ilə həyata keçirilib.

 

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27