Odlar Yurdu Universitetində Biologiya və Ekologiya ixtisasları üzrə tələbələrin istehsalat təcrübəsinin yekun qiymətləndirilməsi prosesi baş tutub. Üç gün davam edən qiymətləndirmə mərhələsində tələbələr təcrübə müddətində əldə etdikləri nəzəri bilikləri və praktiki bacarıqları təqdim edərək peşə hazırlıqlarını nümayiş etdiriblər.
Yekun qiymətləndirmədə universitetin professor-müəllim heyəti və müvafiq sahə üzrə mütəxəssislər iştirak ediblər. Komissiyaya “Dendrologiya” İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova sədrlik edib.
Qiymətləndirmə prosesində Ramazan Məmmədov – Biologiya və Ekologiya kafedrasının müdiri, dosent Sevinc Məhərrəmova – Təbiət və Texnologiyalar fakültəsinin dekanı, Münəvvər Səfərova – “Biologiya” ixtisası üzrə təcrübə rəhbəri, Aslan Əzimzadə – Strateji inkişaf və karyera departamentinin rəhbəri, həmçinin Ləman Məcidova – “Ekologiya” ixtisası üzrə təcrübə rəhbəri iştirak ediblər. Tələbələr təqdimatları zamanı laboratoriya fəaliyyəti, ekoloji müşahidələr, elmi-tədqiqat istiqamətində qazandıqları praktiki təcrübələr və peşə bacarıqları haqqında məlumat veriblər. Çıxışlar zamanı onların analitik yanaşma, tədqiqat aparmaq və əldə olunan nəticələri təqdim etmək bacarıqları yüksək qiymətləndirilib.
Qeyd edək ki, istehsalat təcrübəsinin yekun qiymətləndirilməsi tələbələrin gələcək peşə fəaliyyətinə hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27