Odlar Yurdu Universiteti Psixologiya, pedaqogika və sosial fənlər kafedrasının magistrantlarının ilkin müzakirəsi keçirilib.
Müzakirə zamanı magistrantların dissertasiya işləri haqqında qısa məlumat təqdim olunmuş, işlərin yerinə yetirilmə səviyyəsi, texniki tərəfləri, həmçinin yazılmış məqalə və tezislərin magistr dissertasiyalarının məzmununa uyğunluğu ətrafında fikir mübadiləsi aparılmışdır.
Tədbirdə Psixologiya, pedaqogika və sosial fənlər kafedrasının müdiri, professor Rəşid Cabbarov iştirak etmiş və magistrantlara elmi-tədqiqat fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində öz tövsiyələrini vermişdir.
Eyni zamanda dissertasiya işlərinin keyfiyyətinin artırılması ilə bağlı mühüm məqamlar diqqətə çatdırılmışdır. Sonda hər bir magistrantın işi qiymətləndirilmiş və müzakirələr uğurla yekunlaşmışdır.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27