Universitetdə “Cyber Club”un yaradılması istiqamətində mühüm addımlar atılır.
Rektor, professor Əhməd Vəliyevin müvafiq əmrinə əsasən fəaliyyətə başlayan klubun əsas məqsədi tələbələrin texnoloji bilik və praktiki bacarıqlarının inkişafına dəstək olmaq və İT sahəsində peşəkar kadr potensialının gücləndirilməsidir.
Klub çərçivəsində:
* Kompüter mühəndisliyi, İnformasiya Texnologiyaları və İnformasiya Təhlükəsizliyi ixtisaslarında təhsil alan tələbələrə dəstək göstəriləcək;
* Tələbələrin kibertəhlükəsizlik sahəsində praktiki bilikləri artırılacaq.
“Təbiət və texnologiyalar” fakültəsi tərəfindən artıq 30 nəfərlik xüsusi heyətin formalaşdırılmasına başlanılıb. Gələcəyin texnologiya liderləri məhz burada yetişəcək. Eyni zamanda, Odlar Yurdu Universiteti ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) arasında əməkdaşlığa uyğun olaraq universitetin konfrans salonunda master classların təşkili davam edir. 07.05.2026-cı il tarixində keçirilən master classın mövzusu “İnformasiya təhlükəsizliyi idarəçiliyi (GRC) və ən yaxşı təcrübələr” olub. Seminarda İnformasiya texnologiyaları və kibertəhlükəsizlik kafedrasının müdiri, akademik Əli Abbasov, AKTA-nın Baş katibi Fidan Əhmədova, təşkilatın nümayəndələri Rəbiyyə Xuduyeva və Kamran Quliyev, AKTA eksperti Sinan Əliyev və həmçinin “İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik” kafedrasının müdir müavini Ülvi Rəfizadə və "Cyber Club" heyətinin üzvləri iştirak ediblər.
Sessiya zamanı iştirakçılara informasiya təhlükəsizliyi siyasətləri, risklərin idarə olunması, uyğunluq mexanizmləri, beynəlxalq təcrübə və sertifikatlar haqqında ətraflı məlumat təqdim olunub.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27