OYU əməkdaşları Sosial Xidmətlər Agentliyində keçirilən görüşdə iştirak edib

23 Aprel, 2026

116
OYU əməkdaşları Sosial Xidmətlər Agentliyində keçirilən görüşdə iştirak edib

Odlar Yurdu Universitetinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində keçirilən görüşdə iştirak edib.

Görüşdə universitetin Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Elşad Məmmədov, həmçinin Strateji inkişaf və karyera departamentinin rəhbəri Aslan Əzimzadə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov və qurumun digər rəhbər əməkdaşları ilə bir araya gəlib. Görüş konstruktiv şəraitdə keçib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir zamanı Sosial Xidmətlər Agentliyinin fəaliyyəti, həyata keçirilən layihələr və əldə olunan nəticələr barədə ətraflı məlumat təqdim olunub. Qurumun ictimaiyyət nümayəndələri ilə açıq və səmərəli dialoqa hazır olması xüsusilə qeyd edilib. Professor Elşad Məmmədov görüşün təşkilinə görə Agentliyin rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda tərəflər gələcək əməkdaşlıq imkanlarının araşdırılması və birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27