Bu gün Odlar Yurdu Universitetində Biologiya və ekologiya kafedrasının müəllimi Vəliyeva Aytən tərəfindən “Autizm spektr pozuntusunda erkən diaqnostika və müdaxilə strategiyaları” mövzusunda elmi seminar təşkil olunmuşdur.
Seminar zamanı autizm spektr pozuntusunun neyroinkişaf xüsusiyyətləri, erkən mərhələdə diaqnostikanın əhəmiyyəti və müasir skrininq yanaşmaları barədə geniş məlumat verilmişdir. Eyni zamanda, autizmin yaranmasında rol oynayan genetik və ətraf mühit faktorları, eləcə də effektiv müdaxilə üsulları iştirakçıların diqqətinə çatdırılmışdır. Tədbir çərçivəsində erkən müdaxilənin uşaqların sosial və kommunikativ bacarıqlarının inkişafında mühüm rolu xüsusi vurğulanmış, inklüziv təhsilin əhəmiyyəti qeyd edilmişdir. Seminar interaktiv müzakirələr şəraitində davam etmiş, iştirakçıların sualları cavablandırılmışdır.
Qeyd edək ki, bu kimi elmi-maarifləndirici tədbirlərin keçirilməsi cəmiyyətdə autizm spektr pozuntusu ilə bağlı məlumatlılığın artırılmasına və inklüziv yanaşmanın təşviqinə xidmət edir.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27