Odlar Yurdu Universitetinin Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Elşad Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak edib.
Professor Elşad Məmmədov qəbul prosesinin yüksək səviyyədə təşkil olunduğunu, vətəndaş müraciətlərinə operativ və həssas yanaşıldığını xüsusi vurğulayıb. O bildirib ki, qəbul zamanı qaldırılan məsələlərin şəffaflıq, obyektivlik və ədalət prinsipləri əsasında araşdırılması vətəndaş məmnunluğunun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Görüş çərçivəsində sosial xidmətlərin təşkili, vətəndaşların müraciətlərinin dinlənilməsi və aidiyyəti məsələlərin həlli istiqamətində həyata keçirilən fəaliyyətlər yüksək qiymətləndirilib.
Qeyd edək ki, Odlar Yurdu Universiteti cəmiyyətlə əlaqələrin gücləndirilməsi, sosial məsuliyyət təşəbbüslərinin dəstəklənməsi və dövlət qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27