OYU-da “İş yeri axtarma, iş yeri yarat” layihəsi çərçivəsində seminar keçirilmişdir

16 Noyabr, 2022

OYU-da “İş yeri axtarma, iş yeri yarat” layihəsi çərçivəsində seminar keçirilmişdir
Odlar Yurdu Universitetinində Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) “İş yeri axtarma, iş yeri yarat” layihəsi çərçivəsində tələbələr üçün seminar keçirilmişdir. Seminarda ASK-nın baş katibi Kristina Məmmədova, Odlar Yurdu Universitetinin Strateji Planlaşdırma və Layihələr departamentinin müdiri, dosent Fuad İbadov və “Logix” şirkətinin həmtəsisçisi Sakit Səmədov sahibkarlıq fəaliyyətinin mahiyyəti, formaları və məqsədi haqqında çıxış edərək, seminar iştirakçılarına fəaliyyət göstərdikləri sahələr haqqında məlumat vermişlər.
Həmçinin seminarda OYU-nun tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarov tələbələrə uğurlu karyera qurmağın yollarını, sahibkarlıq düşüncə tərzinin təşviqi və sahibkarlıq ruhunun formalaşdırılması istiqamətində öz təcrübəsi ilə bölüşmüşdür.
Seminarda, həmçinin universitetin prorektorları, departament rəhbəri, kafedra və şöbə müdirləri, tələbələr iştirak etmiş və onları maraqlandıran sualları məruzəçilərə ünvanlamışlar. Görüş boyunca qoyulan məsələlər ətrafında fəal müzakirələr aparılmışdır.