Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir

24 Noyabr, 2022

Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir

Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müəllimi, i.f.d. Nərgiz Xalıqovanın “Müasir şəraitdə aqrar bazarın tənzimlənmə mexanizminin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda elmi-metodiki seminarı baş tutmuşdur.
OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, i.e.d., professor Elşad Məmmədov elmi-metodiki seminarın açılışını edərək, seminar barəsində iştirakçılara məlumat vermişdir.
Seminarda OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, i.e.d., professor Elşad Məmmədov, Strateji Planlaşdırma və Layihələr departamentinin müdiri, dosent Fuad İbadov və İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının professor-müəllim heyəti iştirak etmişdir.
Çıxışdan sonra, iclas iştirakçıları mövzu ətrafında müzakirələrə başlamış və məruzəçiyə bir sıra suallar verilmişdir. İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, i.e.d., professor Elşad Məmmədov mövzunun aktual və maraqlı olduğunu vurğulayaraq, məruzəçiyə uğurlar arzu etmişdir. Mövzu və çıxış iclas iştirakçıları tərəfindən müsbət qiymətləndirilmişdir.