OYU-nun Filologiya və humanitar fənlər kafedrasının müəllimi, fil.ü.f.d.Sevinc Qəmbərovanın elmi-metodiki seminarı keçirilmişdir

25 Noyabr, 2022

OYU-nun Filologiya və humanitar fənlər kafedrasının müəllimi, fil.ü.f.d.Sevinc Qəmbərovanın elmi-metodiki seminarı keçirilmişdir

Seminar “Qədim türk yazılı abidələrinin izləri Azərbaycan dili şivələrində” mövzusuna həsr edilmişdir. Məruzəçi göstərmişdir ki, abidələrin dilində işlənən müəyyən qrup sözlər vardır ki, türk dillərində ədəbi dil səviyyəsində işləkliyini itirərək şivələrdə qorunub saxlanılmışdır. Belə ki, tədqiqata cəlb olunan sözlər ancaq dilin canlı arxivi rolunu oynayan Azərbaycan dili şivələrində istifadə olunmaqdadır. Məruzədə həm qədim türk yazılı abidələri, həm də Azərbaycan dili şivələrindən nümunələr verilmiş, yeri gəldikcə Kaşğarinin lüğətinə, şifahi xalq ədəbiyyatı nümunələrinə və klassiklərin dilinə müraciət olunaraq müqayisələr aparılmışdır.
Elmi-metodiki seminarda Filologiya və humanitar fənlər kafedrasının müdir əvəzi, dosent Osman Musayev və kafedranın professor-müəllim heyəti iştirak etmişlər. Məruzə iclas içtirakçılarının böyük marağına səbəb olmuş və mövzu ətrafında geniş müzakirələr aparılmışdır. Daha sonra professor Rüstəm Kamal bu barədə geniş çıxış edərək məruzəni olduqca müsbət dəyərləndirmişdir. Fil.ü.f.d.Sevinc Qəmbərova ona ünvanlanan sualları cavanlandırmış və qeyd etmişdir ki, bu mövzu məqalə şəklində işlənilərək çap olunması üçün AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Türkologiya” jurnalına təqdim olunmuşdur.