Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və mühəndislik kafedrasının elmi-metodiki seminarı keçirilib

25 Noyabr, 2022

Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və mühəndislik kafedrasının elmi-metodiki seminarı keçirilib
Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müəllimi Amin Həsənovun “Tələbələrdə İT sahəsi üzrə motivasiyanın inkişaf etdirilməsi yolları” mövzusunda elmi-metodiki seminarı baş tutmuşdur. Seminarda İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müdiri, dos. R.A.İmamquluyev və kafedra əməkdaşları iştirak etmişlər. Amin Həsənov öz çıxışında İnformasiya texnologiyaları haqqında geniş məlumat vermiş və tələbələrdə bu sahə üzrə motivasiyanın inkişaf etdirilməsi yolları ilə bağlı fikirlərini bildirmişdir. Mövzunu müasir baş verən hadisələrlə əlaqələndirərək, bir sıra nümunələrə çıxışını daha da zənginləşdirmişdir. Çıxışdan sonra, iclas iştirakçıları mövzu ətrafında müzakirələrə başlamış və məruzəçiyə bir sıra suallar verilmişdir. Sonda, kafedra müdiri Rahib İmamquluyev mövzunun aktual və maraqlı olduğunu vurğulayaraq, məruzəçiyə uğurlar arzu etmişdir. Mövzu və çıxış iclas iştirakçıları tərəfindən müsbət qiymətləndirilmişdir.