Psixoloji Diaqnostika İnstitutunda "Psixoterapiya" proqramının 1-ci modulu yekunlaşmışdır

24 Noyabr, 2022

Psixoloji Diaqnostika İnstitutunda "Psixoterapiya" proqramının 1-ci modulu yekunlaşmışdır

Odlar Yurdu Universiteti nəzdində yaradılmış Psixoloji Diaqnostika İnstitutunda 1 illik "Psixoterapiya" ixtisasartırma proqramının 1-ci modulu olan "Psixo-101" tədris edilmişdir. Modulun başlanğıcında Psixoloji Diaqnostika İnstitutunun direktoru prof. Rəşid Cabbarov və direktor müavini David Poladov ilk "Psixoterapiya" proqramının iştirakçılarını salamlamış və bu yolda onlara müvəffəqiyyət arzulamışlar. "Psixo-101" modulu institutun təlim və layihələrin təşkili üzrə direktor müavini David Poladov və institutun təlimçisi, klinik psixoloq Əminə Əliyeva tərəfindən tədris edilmişdir.