Odlar Yurdu Universitetinin “Smart Irrigation” komandası Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak edir

05 Dekabr, 2022

Odlar Yurdu Universitetinin “Smart Irrigation” komandası Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak edir
Bu gündən başlayaraq Beynəlxalq STEAM Azərbaycan Festivalı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 9 dekabr tarixinədək Bakı Ekspo Mərkəzində keçiriləcək.
Ümumilikdə 1300-dən çox iştirakçının qatıldığı festivalda yarışlar 11 kateqoriya üzrə keçiriləcəkdir.
Festivala 7 xarici ölkədən 127 əcnəbi iştirakçı qatılmışdır.
Odlar Yurdu Universitetini STEAM Azərbaycan Festivalının "Hackathon" kateqoriyasında “Smart Irrigation” komandası təmsil edir.
Komandanın üzvləri:
Dos. Fuad İbadov - OYU-nun Strateji planlaşdırma və layihələr departamentinin müdiri
Könül Cəfərova - OYU-nun bakalavr tələbəsi (Kompüter mühəndisliyi);
Etibar Həmidov - OYU-nun MBA tələbəsi (Biznesin təşkili və idarə edilməsi (Bank işi));
Nicat Quliyev - OYU-nun MBA tələbəsi (Biznesin təşkili və idarə edilməsi (İdarəetmədə informasiya sistemləri)).
Nəzərinizə çatdıraq ki, “Smart Irrigation” komandası yarışın ilk mərhələsində 138 komanda arasında final mərhələsinə yüksələrək 15-ci yeri tutmuşdur.
Odlar Yurdu Universitetinin “Smart Irrigation” komandasına bu festivalda uğurlar arzu edirik!