OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının baş müəllimi XII "Gələcək naminə dialoq" proqramında iştirak edib

05 Dekabr, 2022

OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının baş müəllimi XII "Gələcək naminə dialoq" proqramında iştirak edib

27 noyabr - 3 dekabr tarixlərində çox nüfuzlu A.M. Qorçakov adına ictimai diplomatiya fondunun təşkilatçılığı ilə dünyanın 25 ölkəsindən 60 iştirakçı və 50 ekspertin iştirakı ilə Moskva şəhərində SSRİ-nin yaradılmasının 100 illiyinə həsr olunmuş XII "Gələcək naminə dialoq" layihəsi keçirilməkdədir. Layihədə Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının baş müəllimi Aslan Əzimzadə də iştirak etmişdir. Qeyd etmək lazımdır ki, proqram çərçivəsində "Rusiyanın gələcək imicinin sosiologiyası: tədqiqatın ilk dalğası", “Qlobal logistika: oyunun yeni qaydaları","Müasir dünya üçün Karib böhranından dərslər", “SSRİ-dən sonra respublikalar: müstəqilliyin 30 ili”, "Asiya dövrü gəlirmi?", "Rusiya və Yaxın Şərq ölkələri: cari iqtisadi mozaika” və s. mövzular ətrafında mühazirə və disskusiyalar aparılmaqdadır. Proqram çərçivəsində iştirakçıların Rusiya Federasiyası Xarici İşlər Naziri Sergey Lavrov və Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov ilə görüşü baş tutmuşdur.