OYU-nun tələbələri Hüseyn Cavidin həyat və yaradıcılığına həsr edilmiş “Gənclik, əlbəttə, böyük nemətdir, ən umulmaz böyük səadətdir” adlı esse müsabiqəsində medal və diplomlarla təltif olunmuşlar

14 Dekabr, 2022

OYU-nun tələbələri Hüseyn Cavidin həyat və yaradıcılığına həsr edilmiş “Gənclik, əlbəttə, böyük nemətdir, ən umulmaz böyük səadətdir” adlı esse müsabiqəsində medal və diplomlarla təltif olunmuşlar
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında görkəmli şair, dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığına həsr edilmiş “Gənclik, əlbəttə, böyük nemətdir, ən umulmaz böyük səadətdir” adlı esse müsabiqəsi keçirilmişdir. Müsabiqəyə şəhərin bir çox kollec və universitetlərindən 70-dən çox esse daxil olmuşdur.
Müsabiqədə universitetimizi Filologiya və humanitar fənlər kafedrasının müəllimi, fil.ü.f.d. Sevinc Qəmbərovanın rəhbərliyi ilə Filologiya ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi İncə Bəşirzadə və 3-cü kurs tələbəsi Pəri Muradlı təmsil etmişlər. Tələbələrimiz tərəfindən təqdim olunan hər iki esse münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilərək medal və diplomlarla təltif edilmişdir. Onları ürəkdən təbrik edir və gələcək fəaliyyətlərində uğurlar diləyirik.