Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, Milli Məclisin deputatı, professor Samir Vəliyev Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatında vətəndaş qəbulu keçirib.
Görüş zamanı seçicilərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Qaldırılan problemlərin bir qismi qanunvericiliyin tələblərinə uyğun olaraq yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara yönləndirilib.
Qəbul zamanı vətəndaşların sosial məsələləri, məşğulluq, təhsil və digər sahələrlə bağlı müraciətləri diqqətlə dinlənilərək müvafiq izahlar verilib.
Professor Samir Vəliyev vətəndaşların müraciətlərinin operativ şəkildə araşdırılmasının və problemlərin həllinə dəstək göstərilməsinin vacibliyini vurğulayaraq seçicilərlə birbaşa ünsiyyətin əhəmiyyətini qeyd edib. O bildirib ki, vətəndaşların qaldırdığı məsələlərin həlli istiqamətində müvafiq addımların atılması daim diqqət mərkəzində saxlanılır.