Odlar Yurdu Universitetinin əməkdaşları Erasmusla bağlı seminarda iştirak etmişlər

24 Yanvar, 2023

Odlar Yurdu Universitetinin əməkdaşları Erasmusla bağlı seminarda iştirak etmişlər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Ali Neft Məktəbi və Milli Erasmus Ofisinin birgə təşkilatçılığı ilə Erasmus Praktik seminarı keçirilmişdir. BANM-da keçirilən seminarda Odlar Yurdu Universitetindən Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dosent Fuad İbadov, İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müəllimi Şamil Hümbətov və Dillər kafedrasının müəllimi Arzu Zeynallı iştirak etmişlər.
Praktik seminarda Erasmus+ proqramı, KA2 layihələrinin yazılması və idarə olunması (ECAR və EQAC layihələri), FTOP platformasının istifadəsi, KA2 layihələrinin büdcəsinin yazılması qaydaları haqqında iştirakçılara məlumat verilmişdir. Daha sonra təqdim olunan mövzular ətrafında geniş müzakirələr aparılmış və yaranan suallar məruzəçilər tərəfindən cavablandırılmışdır. Seminar iştirakçılar arasında müvafiq sorğuların keçirilməsi ilə yekunlaşmışdır.