Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir

25 Yanvar, 2023

Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir

Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının baş müəllimi Aslan Əzimzadənin “Dünya iqtisadiyyatında struktur böhranın spesifik xüsusiyyətləri” mövzusunda elmi-metodiki seminarı baş tutmuşdur.
Seminarda OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, i.e.d., professor Elşad Məmmədov, kafedranın müdir müavini, dos. Babək Feyzullayev və kafedranın professor-müəllim heyəti iştirak etmişlər.
Çıxışdan sonra mövzu ətrafında müzakirələr aparılmış və məruzəçiyə bir sıra suallar verilmişdir. Professor Elşad Məmmədov mövzunun aktual və maraqlı olduğu vurğulamışdır. Mövzu və çıxış iclas iştirakçıları tərəfindən müsbət qiymətləndirilmişdir.