OYU-nun müəllimi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) həyata keçirdiyi təlimlərdə iştirak etmişdir

03 Mart, 2023

OYU-nun müəllimi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) həyata keçirdiyi təlimlərdə iştirak etmişdir

Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müəllimi Rəvanə Göyüşlü İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) həyata keçirdiyi “Akselerasiya və mentorluq potensialının gücləndirilməsi” proqramı çərçivəsində startaplar və startaplar üçün mentorluq fəaliyyəti göstərən şəxslərə nəzərdə tutulan təlimlərdə iştirak etmişdir.
Koreyalı təlimçilərin iştirakı ilə 11 startap komandası və 20 mentor proqramı uğurla başa vurmuşdur. Proqramın məqsədi ölkənin startap ekosistemində sağlam innovasiya mühitini formalaşdırmaq, rəqabət qabiliyyətini gücləndirmək və yeni ekosistem oyunçularının bazara daxil olmasını təşviq etməkdir.
Yekunda proqram iştirakçılarına koreyalı təlimçilər tərəfindən diplom və sertifikatlar təqdim olunmuşdur.
Tədbirin sonunda xatirə şəkli çəkilmişdir.