OYU-da tələbələr üçün Yelo Bankın seminarı təşkil olunmuşdur

13 Mart, 2023

OYU-da tələbələr üçün Yelo Bankın seminarı təşkil olunmuşdur

Odlar Yurdu Universitetində tələbələr üçün OYU-nun Karyera və təcrübə mərkəzi və Yelo Bankın birgə təşkil olunmuş seminarı keçirilmişdir.
Seminarda Odlar Yurdu Universitetinin Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadov, İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müəllimi Rəvanə Göyüşlü, Yelo Bankın İşə qəbul və kadr planlaması şöbəsinin müdiri Kəmalə Eynullayeva, baş mütəxəssisi Aygün Məhərrəmova və universitetimizin tələbələri iştirak etmişdirlər.
Seminarda Kəmalə xanım və Aygün xanım “Düzgün CV hazırlanması”, “Vakansiyaların düzgün seçilməsi”, “Müsahibəyə hazırlıq”, “Müsahibə zamanı nə etməliyik?” və “Müsahibədən sonra nə etməliyik?” mövzuları haqqında tələbələrə ətraflı məlumatları nəzərə çatdırmışdırlar.
Daha sonra Yelo Bankın İşə qəbul və kadr planlaması şöbəsinin müdiri Kəmalə Eynullayeva tərəfindən tələbələr üçün “Mock Interview” təşkil olunmuşdur. Tələbələrə müsahibə aparılma səhnəsi göstərilmişdir.
Seminar zamanı tələbələrə müsahibələrdə üzləşdiyi çətinliklərə aydınlıq gətirilmiş, suallar cavablandırılmiş və onlara mövzu üzrə lazımi rəy və tövsiyələr verilmişdir. Mövzu və çıxış seminar iştirakçıları tərəfindən müsbət qiymətləndirilmişdir. Seminarın sonunda xatirə şəkli çəkdirilmişdir.
Onu da qeyd edək ki, Yelo Bankın İşə qəbul və kadr planlaması şöbəsinin müdiri Kəmalə Eynullayeva Odlar Yurdu Universitetinin MBA məzunudur.