OYU-nun professoru Elşad Məmmədov İctimai şuranın yeni sədri seçilmişdir

14 Aprel, 2023

OYU-nun professoru Elşad Məmmədov İctimai şuranın yeni sədri seçilmişdir
Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, professor Elşad Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni sədri seçilmişdir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşən professor Elşad Məmmədov nazirliyin fəaliyyətində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa, ictimai nəzarətin təminatına xüsusi diqqət yetirilməsini yüksək dəyərləndirmişdir.
Cənab nazir Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə aparılan genişmiqyaslı sosial islahatları diqqətə çatdırmış və həmin islahatlar prosesində ictimai iştirakçılığın təmin olunmasına və vətəndaş cəmiyyətləri ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulamışdır.
O, həmçinin ictimai nəzarətin təmin edilməsi, habelə normativ-hüquqi aktların layihələrinin hazırlanması, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi işlərində İctimai şuranın iştirakına geniş şərait yaradıldığını diqqətə çatdırmışdır. Nazir bu əməkdaşlıq təcrübəsinin qarşıdakı dövrdə də davam edəcəyini bildirmişdir.