OYU-da Biologiya və ekologiya kafedrasının tələbələri üçün təlim təşkil olunmuşdur

15 May, 2023

OYU-da Biologiya və ekologiya kafedrasının tələbələri üçün təlim təşkil olunmuşdur
Odlar Yurdu Universitetində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının elmi işçisi Vüsalə Bədəlova tərəfindən tələbələrimiz üçün “Azərbaycanda ilk dəfə yetişdirilən passiflora növlərinin antioksidant aktivliyi və tibbdə istifadəsi” mövzusunda təlim təşkil olunmuşdur.
Təlimdə sedativ təsirli dərman bitkilərindən tibbdə uğurla istifadə olunan, vətəni Cənubi Amerika olan Passiflora İncarnata L növü və digər növlərin əhəmiyyətindən danışılmışdır.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılmış, məruzəçiyə ünvanlanan suallar cavablandırılmışdır.
Qeyd edək ki, təlimdə Biologiya və ekologiya kafedrasının müdiri, a.e.ü.f.d., dos. Tamilla Kərimova, kafedranın professor-müəllim heyəti və tələbələri iştirak etmişlər.