OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir

02 Oktyabr, 2023

OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir
Odlar Yurdu Universitetində İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın neft strategiyası” adlı seminar keçirilmişdir.
İlk öncə, seminarı OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, prof. Elşad Məmmədov açaraq, iştirakçıları salamlamaqdan məmnunluğunu ifadə etmiş və seminar haqqında ümumi məlumat vermişdir.
Seminarda kafedranın müəllimlərindən olan Fəridə Asif qızı Ələkbərova "Əsrin müqaviləsinin Azərbaycan iqtisadiyyatında rolu", Xavər Kamil qızı Kazımova isə "Azərbaycan nefti dünya siyasətində" mövzularında geniş məruzə ilə çıxış etmişdilər.
OYU-nun professor-müəllim heyəti tərəfindən olduqca maraqla qarşılanan seminar sual-cavab sessiyası ilə davam etmişdir.