OYU-da TEC-in birinci kurs tələbələri ilə tanışlıq günü təşkil olunmuşdur

11 Oktyabr, 2023

OYU-da TEC-in birinci kurs tələbələri ilə tanışlıq günü təşkil olunmuşdur
Odlar Yurdu Universitetində Tələbə Elmi Cəmiyyətinin birinci kurs tələbələri ilə tanışlıq günü təşkil olunmuşdur.
Görüşdə Odlar Yurdu Universitetinin Elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev, Tələbə Elmi Cəmiyyətinin sədri Türkan Azəri, təşkilat nümayəndələri və universitetimizə yeni qəbul olunmuş tələbələr iştirak etmişlər.
Giriş sözü ilə çıxış edən professor Tərlan Abdullayev ilk olaraq tələbə adını qazanan gəncləri təbrik etmiş və təhsil alacaqları Odlar Yurdu Universitetinin maddi-texniki bazası, fakültə və kafedraları, departamentləri, elmi-pedaqoji nailiyyətləri və professor-müəllim heyəti, bundan əlavə tələbələrin elmə olan marağını, onlar arasında birgə tədqiqat işlərinin aparılmasının, elmi müzakirələrin və konfransların əhəmiyyətindən danışmışdır.
Daha sonra çıxış edən TEC sədri Türkan Azəri Tələbə Elmi Cəmiyyəti haqqında, cəmiyyətin əsas məqsəd və vəzifələri, tələbələrin cəmiyyətdə iştirakı, cəmiyyətin idarə heyəti, klublar, seçki prosesi, cəmiyyətin fəaliyyətinə nəzarət və digər məsələlər haqqında tələbələrə məlumat vermişdir.
Odlar Yurdu Universitetinin tələbələri tərəfindən olduqca maraqla qarşılanan görüş sual-cavab sessiyası ilə davam etmişdir.