OYU-nun professor-müəllim heyəti beynəlxalq elmi seminarın növbəti onlayn iclasında iştirak etmişlər

24 Yanvar, 2024

OYU-nun professor-müəllim heyəti beynəlxalq elmi seminarın növbəti onlayn iclasında iştirak etmişlər
Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, i.e.d., prof. Elşad Məmmədov və kafedranın professor-müəllim heyəti Rusiya Xalqlar Dostluğu Universitetinin İqtisadiyyat fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr kafedrasının “Milli maraqlar və xarici iqtisadi təhlükəsizlik” elmi məktəbi çərçivəsində qlobal iqtisadiyyatın aktual problemlərinə dair daimi fəaliyyət göstərən beynəlxalq elmi seminarın növbəti onlayn iclasında iştirak etmişlər.
İclasın məqsədi xarici və Rusiya tədqiqatçıların, dövlət orqanlarının, biznes və ictimaiyyətin nümayəndələrinin qlobal iqtisadiyyatın aktual problemlərini sistemli şəkildə öyrənmək və onların həlli mexanizmlərini hazırlamaq üçün səylərini birləşdirməkdir.
Prof. Elşad Məmmədov “Qlobal iqtisadi böhran: səbəblər, risklər, çağırışlar və imkanlar” mövzusu ilə həmin iclasda məruzə ilə çıxış etmişdir.
Məruzənin sonunda qaldırılan mövzu ilə bağlı seminar iştirakçılarının çoxsaylı sualları və şərhləri olmuşdur.