Abituriyentlərin nəzərinə!

15 Avqust, 2022

Abituriyentlərin nəzərinə!

Diqqət! Diqqət!

 

Bütün ixtisas qrupları üzrə Azərbaycan Respublikasında ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin qərarı ilə Odlar Yurdu Universitetində yaradılmış Abituriyent Məsləhət Mərkəzində xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali təhsil müəssisələrinə ərizə qəbulu, abituriyentin elektron ərizəsinin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında köməklik göstərirlər. Abituriyentlər onları maraqlandıran suallarla bağlı Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər.

Mərkəz ödənişsiz fəaliyyət göstərir!

 

İş vaxtı: həftə içi saat 10:00-dan - 17:00-a kimi
Ünvan: Koroğlu Rəhimov küç, 13 AZ1072 (OYU-nun inzibati binası)
Əlaqə: 055-465-85-27

Video: https://www.instagram.com/p/Chbpi_1ligV/