“COP29 ərəfəsində Azərbaycan İqtisadiyyatının Potensialı” mövzusunda keçirilən konfransda iştirak edən tələbələr mükafatlandırılmışlar

25 Noyabr, 2024

“COP29 ərəfəsində Azərbaycan İqtisadiyyatının Potensialı” mövzusunda keçirilən konfransda iştirak edən tələbələr mükafatlandırılmışlar
Odlar Yurdu Universitetində İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “COP29 ərəfəsində Azərbaycan iqtisadiyyatının potensialı” mövzusundakı konfransda iştirak edən tələbələr, uğurlu çıxışlarına görə sertifikatla mükafatlandırılmaq üçün təşkil olunan mərasimdə təltif olunmuşlar.
Təltif mərasimində İqtisadiyyat və İqtisadi Münasibətlər Kafedrasının müdiri, professor Elşad Məmmədov və kafedranın professor-müəllim heyəti iştirak etmişlər. Professor Elşad Məmmədov tələbələrin elmi fəaliyyətlərinə verdikləri dəyəri vurğulamış və onların uğurlu çıxışlarını yüksək qiymətləndirmişdir. O, gələcəkdə də bu cür konfransların onlara daha çox elmi inkişaf imkanı yaradacağını qeyd etmişdir.
Mərasimdə mükafatlandırılan tələbələrə sertifikatlar təqdim olunmuş və onlar bu cür tədbirlərdə daha da fəal iştirak etməyə, elmi sahədə uğurlarını davam etdirməyə çağırılmışlar.
Tələbələr, Azərbaycan iqtisadiyyatının gələcək inkişafı ilə bağlı irəli sürdükləri maraqlı və dəyərli mülahizələrlə konfransa böyük töhfə vermişlər.
Bu tədbir, universitetin tələbələrinin elmi fəaliyyətlərinə olan marağını artırmaq və onların akademik uğurlarını dəstəkləmək məqsədi daşımışdır.