Odlar Yurdu Universitetində struktur dəyişikliyi və yeni təyinat

04 Sentyabr, 2022

Odlar Yurdu Universitetində struktur dəyişikliyi və yeni təyinat

1 Sentyabr 2022-ci ildə Odlar Yurdu Universitetinin professor və müəllim heyətinin müşavirəsi keçirilmişdir.

İclasda rektor, professor Əhməd Vəliyev 2022/23-cü ildə tələbə qəbulu üzrə OYU-da qarşısına qoyduğu planı 100% yerinə yetirməsi ilə əlaqədar kollektivi təbrik etmişdir.

Daha sonra Odlar Yurdu Universitetinin rektoru yeni struktur dəyişikliyi çərçivəsində OYU-da "Keyfiyyətin təminatı və Beynəlxalq əlaqələr" üzrə yeni prorektor vəzifəsinin təsis edilməsi və bu vəzifəyə Şimali Kipr Respublikasının ən böyük universiteti olan Yaxın Doğu Universitetində prorektor vəzifəsində çalışmış görkəmli alim, təhsil və universitet quruculuğunda böyük təcrübəsi olan professor Fəxrəddin Məmmədovun təyinatı haqqında kollektivə məlumat vermişdir.

Professor Fəxrəddin Məmmədov söz olaraq ona göstərilən etimada görə Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev başda olmaqla bütün kollektivə öz təşəkkürünü bildirmişdir. 

Professor Fəxrəddin Məmmədov