Odlar Yurdu Universitetində Tələbə Elmi Cəmiyyətinin növbəti iclası keçirildi

30 Sentyabr, 2017

Odlar Yurdu Universitetində Tələbə Elmi Cəmiyyətinin növbəti iclası keçirildi

30 sentyabr 2017-ci il tarixində Odlar Yurdu Universitetində Tələbə Elmi Cəmiyyətinin növbəti iclası keçirildi. İclası Elmi İşlər üzrə prorektor, professor Tərlan Abdullayev və Tələbə Elmi Cəmiyyətinin sədri Arzu Cəfərzadə idarə etdilər. İclasda gündəlikdəki məsələlər geniş şəkildə müzakirə olundu:

  • Yeni Tələbə Elmi Cəmiyyətinin sədrləri ilə tanışlıq;
  • 21 oktyabr 2017-ci il tarixində keçiriləcək “Mənim Universitetim” adlı inşa-yazı müsabiqəsinin təqdimatı və mahiyyəti;
  • Odlar Yurdu Universitetində keçiriləcək İntelekt Kuboku Çempionatı haqqında sədrlərin məlumatlandırılması və iştirak edəcək tələbələrin siyahısının təqdim edilməsi.