Turizm sahəsində iş prosesləri və marketinq mövzusunda beynəlxalq konfrans keçirilir

07 Oktyabr, 2021

Turizm sahəsində iş prosesləri və marketinq mövzusunda beynəlxalq konfrans keçirilir

Odlar Yurdu Universiteti (Azərbaycan) , Milli Universitet Yuri Kondratyuk Poltava Politexnik (Ukrayna),  Bialistok Texniki Universiteti (Polşa), North Universiteti (Xorvatiya) və ISMA Universiteti (Latviya) nümayəndələri arasında iki günlük konfransa start verildi. 

Bu gün saat 11:00-da həm onlayn həm də oflayn şəkildə VIII Beynəlxalq elmi-praktik konfransa start verildi. Konfransın mövzusu “Turizm sahəsində iş prosesləri və marketinq”dir. Konfransda Azərbaycanı Odlar Yurdu Universiteti təmsil edir. Konfransın məqsədi bazar şəraitində turizm təşkilatlarının idarə edilməsi prosesinin xüsusiyyətlərini müəyyən etmək, turizm sənayesində sahibkarlıq subyektlərinin fəaliyyətinin səmərəliliyini artırmaq üçün praktiki tövsiyələrin hazırlanması və birgə Beynəlaxalq Biznes Məktəbinin təsis edilməsidir. Tədbirin dili ukrayna və ingilis dilləridir. 


Konfransın mövzuları aşağıdakılardır:
1. Turizm sənayesinin mövcud vəziyyəti və inkişaf perspektivləri. "Turizm" istiqaməti üzrə tələbələrin hazırlanmasına müasir yanaşmalar.
2. Bölgənin, ölkənin, dünyanın istirahət resurslarının idarə edilməsi.
3. Müasir turizm sistemində yenilik, investisiya və məlumat idarəçiliyi.
4. Turizm təşkilatının sosial-iqtisadi sistem kimi idarə edilməsi. Müasir turizmdə kadr idarəçiliyi.
5. Beynəlxalq turizm idarəçiliyi. Turizm müəssisəsinin risklərin qorunması, təhlükəsizliyi və rəqabət qabiliyyətinin idarə edilməsi.
6. Turistik yerlərin marketinqi və markalanması.

Konfransın moderatoru ilk olaraq iştirakçıları salamlamaq üçün sözü Xorvatiyanın North Universitetindən Dosent Ante Rončevićə verdi.

O, həmkarları salamadıqdan sonra hazırkı dövrdə turzimin inkişafına yeni baxışların vacibliyindən bəhs etdi.

Daha sonra söz Odlar Yurdu Universitetindən Professor Elşad Məmmədova verildi.

Elşad Məmmədov çıxışında Odlar Yurdu Universitetinin konfransa tam dəstək verdiyini bildirdi və gələcəkdə də hər zaman universitet olaraq həmkarlarının yanında olacağını vurğuladı. 

Digər iştirakçı universitet nümayəndələrinin çıxışından sonra isə ikinci modula başlanıldı və konfransda tezislərin təqdimatı baş tutdu.