OYU-da tələbələrin Strateji İnkişaf Planının (SİP) hazırlanması ilə bağlı fikirləri dinlənilib

28 Mart, 2017

OYU-da tələbələrin Strateji İnkişaf Planının (SİP) hazırlanması ilə bağlı fikirləri dinlənilib

Odlar Yurdu Universitetində 2017-2022-ci illəri əhatə edən Strateji İnkişaf Planının (SİP) hazırlanmasında maraqlı tərəflərdən biri olan bakalavr və magistr tələbələrinin düşüncələrinin, fikir və təkliflərinin qeyd olunması məqsədilə Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyəti öz üzvləri ilə görüş keçirmişdir. Strateji İnkişaf Planının əsas məqsədi Ali Təhsil Müəssisəsinin qısa, orta və uzunmüddətli perspektivdə prioritet istiqamətlərinin təyin edilməsi müstəvisində başlıca strateji məqsəd və hədəflərinin realizə olunmasıdır. Bu səbəbdən də tələbələrin fikir və təklifləri dinlənilmişdir. Tələbələr İKT-nin tədrisdə tətbiqinin təkmilləşdirilməsi, tələbələrin məmnunluğunun ölçülməsi məqsədilə “şikayət və təkliflər” qutusunun formalaşdırılması, tələbələrin beynəlxalq mübadilə proqramlarında iştirakının təmin edilməsi kimi məsələlərin SİP-də yer alması ilə bağlı təkliflər irəli sürmüşlər.