Odlar Yurdu Universitetində 2017-2022-ci illəri əhatə edən Strateji İnkişaf Planının (SİP) hazırlanmasında maraqlı tərəflərin fikirləri dinlənilib. İclasda əmək bazarını təmsil edən Oksigen Klinik Xəstəxanasının, Muğan Bankın, BSB Tam Orta İnnovasiyalar Məktəbinin, Müasir İnnovasiyalar Liseyinin və Irrigation.az LLC şirkətinin nümayəndələri iştirak edərək əmək bazarının tələblərinə uyğun olan müasir ixtisasların tədrisinin təklif edilməsinin zəruriliyini vurğulamışlar.
İclasda, həmçinin, Odlar Yurdu Universitetinin professor-müəllim heyəti və struktur bölmələrin rəhbərləri də iştirak edərək, SİP-in strateji məqsəd və hədəflərinin formalaşmasında keyfiyyət təminatı və beynəlmiləlləşmə siyasətinin vacibliyini qeyd etmişlər. Tələbələri təmsil edən Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyətinin nümayəndələri də iclasda iştirak edərək, tələbələrlə keçirilmiş görüşlər nəticəsində qeydə alınan təkliflərin SİP-də yer almasının, bu planın hazırlanması üçün önəmli amil olduğunu vurğulamışlar.