Odlar Yurdu Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir

04 Aprel, 2025

Odlar Yurdu Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir
Odlar Yurdu Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclasa universitetin rektoru, professor Əhməd Vəliyev sədrlik etmişdir. Rektor iclas iştirakçılarını salamlayaraq gündəlikdə nəzərdə tutulan məsələlər barədə məlumat vermişdir.
İclasın ilk müzakirə mövzusu Odlar Yurdu Universitetinin institusional akkreditasiyaya hazırlığı çərçivəsində tərtib edilmiş özünüitəhili hesabatın nəticələri olmuşdur. Məsələ ilə bağlı Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektor, professor Fəxrəddin Məmmədov, Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor, dosent Qabil Qafarov və Keyfiyyətin təminatı və qiymətləndirmə departamentinin rəhbəri, professor Eldar Hüseynov çıxış edərək hesabatın əsas göstəriciləri, qiymətləndirmə meyarları və əldə olunmuş nəticələr barədə ətraflı məlumat təqdim etmişlər.
İclasda həmçinin 2025-ci ilin 29–30 may tarixlərində keçiriləcək “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” (ICSEGT-2025) beynəlxalq elmi konfransına hazırlıq məsələsi müzakirə olunmuşdur. Məsələ ilə bağlı Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektor, professor Fəxrəddin Məmmədov çıxış edərək konfransın təşkili, tərəfdaş qurumlarla əməkdaşlıq, məqalələrin qəbulu və elmi platformaların inteqrasiyası istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir.
Müzakirələr zamanı Elmi Şura üzvləri tərəfindən qeyd olunan məsələlərə dair təklif və rəy səsləndirilmiş, gündəlikdəki bütün məsələlər üzrə müvafiq qərarlar qəbul edilmişdir.
İclas, Odlar Yurdu Universitetində akademik fəaliyyətin təkmilləşdirilməsi, keyfiyyətin təminatı və beynəlxalq elmi inteqrasiyanın gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlərin növbəti göstəricisi kimi qiymətləndirilmişdir.