OYU əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibinə seçilib

02 May, 2025

OYU əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibinə seçilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın 9 nəfərlik yeni tərkibinin müəyyən olunması məqsədilə seçkilər keçirilib. Seçkilərin təşkili üçün Nazirlikdə 9 nəfərlik komissiya yaradılıb. Komissiyanın tərkibinə Nazirliyin 4 əməkdaşı və vətəndaş cəmiyyəti institutlarını təmsil edən 5 nümayəndə daxil olub. Elan verildikdən sonra 12 vətəndaş cəmiyyəti nümayədəsinin namizədliyi təsdiqlənib.
Səsvermədə ümumilikdə 89 qeyri-hökumət təşkilatının və media qurumlarının nümayəndələri iştirak edib. Seçki prosesi obyektiv və şəffaf şəkildə keçirilib. Nəticə olaraq, Odlar Yurdu Universitetinin iki əməkdaşı uğur qazanaraq İctimai Şuranın üzvü seçilib:
Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, professor Elşad Məmmədov - “Ümman” Əlilliyi olan Uşaqlara Qayğı İctimai Birliyinin sədr müavini;
Odlar Yurdu Universitetinin Karyera və məzunlarla iş (ALUMNI) departamentinin rəhbəri Aslan Əzimzadə – “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyinin üzvü seçilmişdir.
Bu seçkilər Odlar Yurdu Universiteti üçün mühüm uğurdur. Universitetin əməkdaşlarının İctimai Şurada təmsil olunması, təhsil və vətəndaş cəmiyyəti sahəsindəki fəallığının və cəmiyyətə verdiyi töhfələrin bir göstəricisidir.
Qanunvericiliyə əsasən, İctimai Şura iki illik səlahiyyət müddətinə formalaşdırılır və hər iki ildən bir vətəndaş cəmiyyəti institutları tərəfindən yeni tərkib seçilir. Şura dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin təmin olunmasında, qərarların qəbulunda ictimai rəyin nəzərə alınmasında və sosial sahədə şəffaflığın artırılmasında mühüm rol oynayır.
Bu uğur, həm də vətəndaş cəmiyyətinin dövlət idarəçiliyindəki rolunun artmasına, sosial sahədə isə birgə fəaliyyətin gücləndirilməsinə əhəmiyyətli töhfə verir.