Həsən Qurbanlı Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri kimi fəaliyyətə başlayıb

10 İyun, 2025

Həsən Qurbanlı Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri kimi fəaliyyətə başlayıb

Tələbələrin sosial rifahı, hüquqlarının müdafiəsi və sosial layihələrin həyata keçirilməsi məqsədilə fəaliyyət göstərən Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni rəhbərlik müəyyən olunub. Həsən Qurbanlı komitənin sədri kimi fəaliyyətə başlayıb.
Komitənin fəaliyyəti tələbələrin maraqlarının qorunması və onların sosial həyatının zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İnanırıq ki, Həsən Qurbanlı bu vəzifədə tələbə həmrəyliyinin gücləndirilməsi və faydalı təşəbbüslərin həyata keçirilməsi istiqamətində uğurlu addımlar atacaq.
Odlar Yurdu Universitetinin professor-müəllim heyəti və tələbələri adından onu təbrik edir, fəaliyyətində müvəffəqiyyətlər diləyirik.