Dərin hüznlə bildiririk ki, Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat etmişdir.
Professor Tərlan Abdullayev uzun illər boyunca Odlar Yurdu Universitetində çalışaraq elm və təhsilin inkişafına mühüm töhfələr vermişdir. Onun yüksək ziyalılığı, dərin bilikləri, insani keyfiyyətləri və pedaqoji fəaliyyəti həmkarlarının və tələbələrinin böyük rəğbətini qazanmışdır.
Professor Tərlan Abdullayevin zəngin elmi irsi və mənəvi ömrü gənc nəslin yaddaşında daim yaşayacaq, onun adı hörmət və ehtiramla anılacaqdır.
Bu ağır itkini dərindən kədərlə qarşılayan Odlar Yurdu Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir və dözüm arzulayırlar.
Onun xatirəsi daim ehtiramla yad ediləcək, ruhu qəlblərdə yaşayacaqdır.
Allah rəhmət eləsin, ruhu nur içində yatsın.