Hazırda Bakı şəhərində, Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisi keçirilir. Odlar Yurdu Universiteti bu önəmli tədbirdə iştirak edir və abituriyentlərlə birbaşa ünsiyyətdədir. Ziyarətçilər universitetimizin stendində: - Təqdim olunan ixtisaslarla tanış olur - Tədris proqramları və təhsil haqları barədə məlumat alır - Qəbul qaydaları və tələbə həyatı ilə bağlı suallarına cavab tapırlar
Sərgi abituriyentlər və valideynləri üçün ixtisas seçimini dəstəkləmək məqsədi daşıyır və hər kəsə açıqdır.
Ünvan: Bakı şəhəri, S.S. Axundov küçəsi 50, Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusu Qeydiyyat: https://portal.dim.gov.az/sergi/ Odlar Yurdu Universiteti – Biz iş axtarmırıq, iş bizi axtarir!