27 sentyabr – Azərbaycanın qəhrəman şəhidlərinin Anım Günündə Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Vətənimizin bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə anır, yaralanaraq qazilik zirvəsinə ucalan igidlərimizə və döyüş meydanında igidlik göstərmiş bütün əsgərlərimizə minnətdarlıq və ehtiramlarını bildirirlər.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, ata vəsiyyətini qətiyyətlə yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbə xalqımızın milli birliyinin, yenilməz iradəsinin və dövlətçilik əzminin parlaq təcəssümüdür. Şəhidlərimizin fədakarlığı, qazilərimizin dözümü və əsgərlərimizin igidliyi bu Zəfərin əbədi dayaqları kimi tariximizə yazılmışdır.
Odlar Yurdu Universiteti və Kolleci olaraq bildiririk ki, qəhrəmanlarımızın müqəddəs xatirəsi daim uca tutulacaq, qazilərimizə və əsgərlərimizə ehtiram heç vaxt azalmayacaq, onların miras qoyduğu güclü və qalib Azərbaycanı daha da yüksəltmək bizim ali borcumuz olacaqdır.
Allah rəhmət eləsin şəhidlərimizə!
Qazilərimizə can sağlığı arzulayırıq!
Əsgərlərimizə qüvvət diləyirik!
Vətən sağ olsun!