OYU-da “Fireland Hackathon – Innovate the Future with AI” adlı müsabiqə keçiriləcəkdir

05 Noyabr, 2025

OYU-da “Fireland Hackathon – Innovate the Future with AI” adlı müsabiqə keçiriləcəkdir

Odlar Yurdu Universitetinin 30 illik yubileyinə həsr olunmuş “Fireland Hackathon – Innovate the Future with AI” adlı müsabiqə 21–22 noyabr 2025-ci il tarixlərində keçiriləcəkdir.
Tədbir Odlar Yurdu Universitetində baş tutacaq və iştirakçılar süni intellekt, texnologiya və innovasiya istiqamətləri üzrə öz layihələrini təqdim edəcəklər. Müsabiqənin məqsədi gənclərin yaradıcı potensialını üzə çıxarmaq, onların elmi-texnoloji biliklərini real layihələrdə tətbiq etməsinə imkan yaratmaqdır.
Hakaton çərçivəsində üç əsas mükafat kateqoriyası üzrə qaliblər müəyyənləşdiriləcək, həmçinin bütün iştirakçılara sertifikatlar təqdim olunacaqdır. Bu layihə gənclərin texnologiya sahəsindəki təşəbbüslərini dəstəkləmək və onların startap bacarıqlarını inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Tarix: 21–22 noyabr 2025
Məkan: Odlar Yurdu Universiteti
Qeydiyyat üçün son tarix: 10 noyabr 2025
Qeydiyyat linki: https://luma.com/1odl6uwt

Bu möhtəşəm müsabiqə tələbələr üçün yeni ideyalar, yaradıcılıq və innovasiyalarla dolu bir platforma olacaqdır.
Sən də iştirak et, ideyana alov qat və gələcəyin texnologiyasını bu gün yarat!