Bugün "Odlar Yurdu Universitetinin Ərazi Partiya Təşkilatının hesabat-seçki konfransı" keçirilib.
Konfransda çıxış üçün söz YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyevə verilib. O çıxışında partiya ilə universitetin əməkdaşlığından, birgə görülən işlərdən bəhs edib.
Konfransda YAP Odlar Yurdu Universiteti ərazi partiya təşkilatının sədri vəzifəsinə namizəd olaraq Aytən Hüseynova irəli sürülüb. Aytən Hüseynova yekdilliklə sədr vəzifəsinə təyin edilib.
Aytən Hüseynova çıxışında öz bioqrafiyası haqqında danışıb və YAP Odlar Yurdu Universiteti üzrə hesabat təqdim edib.