“Xəzərin sahilində” adlı intellektual çempionat keçirilib

13 May, 2026

26
“Xəzərin sahilində” adlı intellektual çempionat keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti, Odlar Yurdu Universitetinin tərəfdaşlığı ilə Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində "Bakı Şəhərsalma Həftəsi"ndə 2026-cı il mayın 11-də Dənizkənarı Milli Parkda “Xəzər İntellektual Gənclər Klubu” və "İsmayıllı İntellektual Oyunlar Klubu" ictimai birliklərinin “Xəzərin sahilində” adlı intellektual çempionatI keçirilib.

Çempionatın açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının nümayəndəsi Məleykə Tağızadə tədbirə uğurlar arzulayıb, gəncləri WUF13-də fəal iştiraka səsləyib.

“Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyinin sədri Azad Manaflı bildirib ki, layihənin məqsədi gənclər arasında intellektual oyunların inkişafını təşviq etmək, şəhərsalma və memarlıq sahəsində iştirakçıları maarifləndirməkdir. 5 mərhələdən ibarət olan çempionatda şəhərsalma tarixi, memarlıq nümunələri, Azərbaycanın mədəni irsi, eləcə də beynəlxalq təcrübə ilə bağlı suallar təqdim olunub. Komandaların adları simvolik olaraq, Azərbaycanın 12 şəhərinin adını daşıyıb.

Yarış həm iştirakçılar, həm də şəhər sakinləri tərəfindən xüsusi maraqla qarşılanıb. Tədbir daha sonra musiqi proqramı ilə yekunlaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən çempionatın yekununda “Quba” komandası I yerə layiq görülüb. II və III yerləri isə müvafiq olaraq “Bakı” və “Naxçıvan” komandaları qazanıblar. Qalib komandalara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, qalib komandalara diplomlar və Odlar Yurdu Universiteti tərəfindən xüsusi hədiyyələr təqdim olunub.

 

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27