yyətinin birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual yarışı baş tutmuşdur. Tədbir tələbələrin analitik düşüncə, komanda işi və operativ qərarvermə bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir və universitet ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır.
Yarışda Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Elmi Cəmiyyəti (TEC) üzrə ümumilikdə 22 komanda iştirak etmişdir. Komandalar müxtəlif mövzuları əhatə edən suallara cavab vermiş, bilik və məntiq üzərində qurulan rəqabətli mübarizə aparmışdır.
Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən, 1-ci yerin sahibi Odlar Yurdu Universitetinin TGT komandası olmuşdur. Qalib komanda güclü komanda işi, düzgün strategiya və yüksək bilik səviyyəsi ilə seçilmiş, turnirin ən yaxşısı adına layiq görülmüşdür. Həmin komanda ümumrespublika yarışmasına vəsiqə qazanmış, universitetimizi layiqincə təmsil etmək hüququ əldə etmişdir.
Odlar Yurdu Universitetində tələbələrin intellektual və yaradıcılıq qabiliyyətlərinin bu cür təşəbbüslərlə dəstəklənməsi onların bilik və bacarıqlarının inkişafına əhəmiyyətli töhfə vermişdir.