OYU-da "Gənclərin uğur modelində təhsilin və ilkin kapitalın rolu" mövzusunda təlim keçirilmişdir

01 Dekabr, 2025

OYU-da "Gənclərin uğur modelində təhsilin və ilkin kapitalın rolu" mövzusunda təlim keçirilmişdir
Odlar Yurdu Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə "Gənclərin uğur modelində təhsilin və ilkin kapitalın rolu" mövzusunda təlim keçirilmişdir. Təlimdə iş dünyasının tanınmış simalarından biri, Orxan Şahbaz qonaq qismində iştirak etmişdir. Qeyd edək ki, Orxan Şahbaz Odlar Yurdu Universiteti və ABŞ-ın Linkoln Universitetinin ikili diplom proqramı üzrə "Biznesin İdarəedilməsi və marketinq" ixtisası üzrə məzun olmuş, hazırda isə tanınmış araşdırmaçı və "Beyinix" Neyromarketinq və Araşdırma Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərir.
Təlim universitet tələbələri tərəfindən böyük maraqla qarşılanmışdır. Tədbir zamanı Orxan Şahbaz uğur qazanmaq üçün təkcə maddi resursların deyil, həm də akademik biliklərin və strateji yanaşmanın vacibliyindən bəhs etmişdir. O, gənclərə karyera yolunda qarşılaşa biləcəkləri risklərin idarə olunması və şəxsi brendin qurulması barədə dəyərli tövsiyələrini bölüşmüşdür.
Seminarın interaktiv keçməsi tələbələrin Orxan Şahbaza ünvanladıqları suallar və yaranan maraqlı müzakirələr sayəsində mümkün olmuşdur. Tədbirin sonunda iştirakçılar Orxan Şahbaza dəyərli məsləhətləri və təcrübələrini paylaşdığı üçün təşəkkürlərini bildirmişlər.
Keçirilən tədbir, Odlar Yurdu Universitetinin təhsilalanların peşəkar inkişafı, karyera planlaması və gənc mütəxəssis kimi formalaşmasına yönəlmiş sosial-maarifləndirici layihələrinin uğurlu davamı kimi qiymətləndirilmişdir.