Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müstəqilliyimizin memarı, görkəmli dövlət xadimi və əsl vətənpərvər Ulu Öndər Heydər Əliyevin anım günüdür. Azərbaycan tarixində silinməz izlər qoymuş, milli dövlətçiliyin əsasını möhkəmləndirmiş və xalqımızı işıqlı gələcəyə aparmış bu böyük şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Ulu Öndər Heydər Əliyev öz parlaq zəkası, müdrikliyi və uzaqgörən siyasəti ilə Azərbaycanın həm keçmişinə, həm də gələcəyinə əvəzsiz töhfələr vermişdir. O, milli dəyərlərimizin qorunması, xalqımızın birliyinin təmin edilməsi və müstəqil Azərbaycanın dünyada tanınması üçün yorulmadan çalışmışdır. Ulu Öndərin rəhbərliyi altında milli ideologiyanın formalaşdırılması, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi və gənclərə dəstək göstərilməsi Azərbaycanın inkişafının təməlini təşkil etmişdir.
Odlar Yurdu Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri olaraq, biz Ulu Öndərin dövlətçilik siyasətini, milli-mənəvi dəyərlərə sadiqliyini və təhsilə, elmə göstərdiyi böyük qayğısını hər zaman yüksək qiymətləndiririk. Onun irəli sürdüyü ideyalar bu gün də müstəqil Azərbaycanın tərəqqisi və gənc nəslin yetişdirilməsi yolunda əsas ilham mənbəyi kimi qalmaqdadır.
Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaqdır. Biz, onun miras qoyduğu ideyaları qorumaq, yaşatmaq və inkişaf etdirmək üçün bütün gücümüzlə çalışacağıq. Ulu Öndərin ruhu qarşısında dərin hörmət və ehtiram hissi ilə baş əyir, onun əziz xatirəsini yad edirik.
Əbədiyaşar liderimizi qəlbimizdə əbədi saxlayacağıq!