Odlar Yurdu Universitetinin əməkdaşının Scopus indeksli elmi nəşri

22 Yanvar, 2026

Odlar Yurdu Universitetinin əməkdaşının Scopus indeksli elmi nəşri

Odlar Yurdu Universitetinin Beynəlxalq münasibətlər və turizm kafedrasının baş müəllimi Elxan Əliyevin həmmüəllifi olduğu “Performance Modeling and Field Validation of Decentralized Wastewater Treatment Systems in Semi-Arid Azerbaijan: A Pilot Case Study” adlı elmi məqalə Scopus elmi bazasında indekslənən, Q3 kvartilli GlobalNEST Journal-da dərc olunmuşdur.
Məqalədə yarımsəhra iqlim xüsusiyyətlərinə malik Azərbaycan ərazilərində mərkəzləşdirilməmiş tullantı sularının təmizlənməsi sistemlərinin performans modelləşdirilməsi və sahə şəraitində empirik yoxlanılması məsələləri kompleks şəkildə araşdırılmışdır. Pilot tədqiqat əsasında bu sistemlərin texniki, ekoloji və əməliyyat səmərəliliyi qiymətləndirilmiş, əldə olunan nəticələr su resurslarının davamlı idarə olunması və ekoloji təhlükəsizliyin təmin edilməsi baxımından elmi cəhətdən əsaslandırılmış tövsiyələr irəli sürməyə imkan vermişdir.
Sözügedən elmi nəşr Odlar Yurdu Universitetində aparılan tədqiqatların beynəlxalq elmi informasiya məkanında tanınmasını təmin etməklə yanaşı, universitetin elmi-tədqiqat potensialının və akademik nüfuzunun yüksəldilməsinə mühüm töhfə verir.