Məşhur TEDx platforması dünyanı dəyişən fikirlərlə Odlar Yurdu Universitetinə gəlir

19 Yanvar, 2026

Məşhur TEDx platforması dünyanı dəyişən fikirlərlə Odlar Yurdu Universitetinə gəlir
Bakı – Odlar Yurdu Universiteti dünyanın ən nüfuzlu platformalarından olan TEDx tədbirini keçirmək üçün rəsmi lisenziya qazanıb. "İngilis dilində tədrisin təşkili" fakültəsinin təşəbbüsü ilə reallaşan bu layihə, universitetimizi beynəlxalq intellektual şəbəkənin bir hissəsinə çevirir.
6 mart 2026-cı il tarixində baş tutacaq tədbirdə məşhur "qırmızı dairə" gələcəyi formalaşdıran ideyalara, elmi innovasiyalara və fərqli uğur hekayələrinə universitetimiz ev sahibliyi edəcək. Layihənin əsas məqsədi həm tanınmış simaları, həm də universitetin yaradıcı potensialını eyni səhnədə bir araya gətirməkdir.